Bir ayə, bir açıqlama
BİR AYƏ, BİR AÇIQLAMA
Bir ayə, bir açıqlama
BİR AYƏ, BİR AÇIQLAMA
Bir ayə, bir açıqlama
BİR AYƏ, BİR AÇIQLAMA
Bir ayə, bir açıqlama
Bəqərə surəsi, 257
Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! (Bəqərə surəsi, 257)
Bir ayə, bir açıqlama
Kəhf surəsi, 4-5
O, həm də: "Allah Özünə övlad götürdü!" - deyənləri qorxutmaq üçün nazil etdi. Bu barədə nə onların özlərinin, nə də (təqlid etdikləri) atalarının heç bir biliyi yoxdur. Onlar çox böyük-böyük danışırlar. Onlar ancaq yalan deyirlər! (Kəhf surəsi, 4-5)
Bir ayə, bir açıqlama
Hud surəsi, 3
Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə mükafatını ehsan buyursun. Əgər üz döndərsəniz, bilin ki, mən böyük günün sizə üz verəcək əzabından qorxuram. (Hud surəsi, 3)
Bir ayə, bir açıqlama
İnşirah surəsi, 7-8
Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!) Və ancaq Rəbbinə yalvar!(İnşirah surəsi, 7-8)
Bir ayə, bir açıqlama
Həşr surəsi, 18
Ey iman gətirənlər! Allah’dan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. Allah’dan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! (Həşr surəsi, 18)
Bir ayə, bir açıqlama
Fələq surəsi, 1-4
De: "Pənah aparıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən; Zülmətə bürünməkdə olan gecənin şərindən; düyünlərə üfürən qadınların şərindən;… (Fələq surəsi, 1-4)
Bir ayə, bir açıqlama
Ənkəbut surəsi, 45
Quranda sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən, namaz çirkin və pis əməllərdən çəkindirər. Allah’ı zikr etmək, şübhəsiz ki, daha böyükdür. Allah nə etdiklərinizi bilir! (Ənkəbut surəsi, 45)
Bir ayə, bir açıqlama
Ənfal surəsi, 29
Ey iman gətirənlər! Əgər Allah’dan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir! (Ənfal surəsi, 29)
Bir ayə, bir açıqlama
Maidə surəsi, 35
Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cəhd edin ki, nicat tapasınız! (Maidə surəsi, 35)