Ey iman gətirənlər! Əgər Allah’dan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir! (Ənfal surəsi, 29)
Ey iman gətirənlər! Allah’dan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. Allah’dan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! (Həşr surəsi, 18)
De: "Pənah aparıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən; Zülmətə bürünməkdə olan gecənin şərindən; düyünlərə üfürən qadınların şərindən;… (Fələq surəsi, 1-4)
Sən onları bir müddət öz şaşqınlıqları içində burax! Məgər elə zənn edirlər ki, onlara verdiyimiz var-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Muminun surəsi, 54-56)
Elə isə binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz! (Tövbə surəsi, 109)
Allah iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur. Onları nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! (Bəqərə surəsi, 257)
Ey iman gətirənlər! Allah’dan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda ölün! (Ali-İmran surəsi, 102)
Xeyr, siz DÜNYA HƏYATInı üstün tutursunuz; Axirət isə daha xeyirli və daha sürəklidir. (Əla surəsi, 16-17)
İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? (Ənkəbut surəsi, 2)
Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır. (Mülk surəsi, 2)
İnsanların içərisində Allah`dan qeyrilərini (Allah`a) şərik qoşub, onları Allah`ı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allah`a məhəbbəti daha qüvvətlidir... (Bəqərə surəsi, 165)