O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər: "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali-İmran surəsi, 191)
Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; Daim hərəkət edən günəşi və ayı sizə tabe etdi... (İbrahim surəsi, 32-34)
“Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allah'ın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allah'ın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir.”
(Rum surəsi, 30)
"Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq” (Qəmər surəsi, 49)