

"Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq” (Qəmər surəsi, 49)
Allah bu ayəsində bizə hər bir şeyi qədərlə yaratdığını bildirir. Allah canlı, cansız bütün varlıqları qədərlə yaratmışdır. Allah’ın təyin etdiyi bu qədərdən başqa heç bir varlığın yaxşılığa ya da pisliyə mane olmağa, ya da əksini etməyə gücü çatmaz.
Qədər Allah’ın yaratdığı hər canlının keçmişdə etdiyi və gələcəkdə edəcəyi hər şeyi, hər hərəkəti, düşüncəni, danışığı ən incə detalına qədər bilməsi və nəzarət etməsidir. İnsanlar doğulmadan öncə həyatı boyu görəcəkləri və yaşayacaqları hər şey, Allah Qatında təyin olunmuş və planlanmışdır. İnsan həyatı boyu Allah’ın onun üçün dilədiyi və yaratdığı hadisələrlə qarşılaşır və Allah’ın dilədiyi şəkildə həyatını davam etdirir. Allah bu həqiqəti Qəmər surəsi 52 və 53-cü ayəsində belə bildirmişdir:
"Onların etdiyi hər şey dəftərlərdədir! Hər bir kiçik və böyük yazılmışdır! (Qəmər surəsi, 52-53)
Allahın ayələrdə bildirdiyi kimi, bütün insanlar Rəbbimizin təyin etdiyi qədərlə, Allah’ın nəzarəti və hakimiyyəti altında həyatlarını davam etdirir. Bu səbəbdən, insanın qədərdən kənara çıxması mümkün deyil. Bəzi insanlar hadisələri doğru qiymətləndirmədikləri üçün qarşılaşdıqları hər hadisəyə mənfi gözlə baxaraq ümidsiz və bədbin olurlar. Bundan xilas olmağın tək yolu isə qədərə təslim olaraq hadisələrdəki hikmətləri görməyə çalışmaqdır.