aye
aye

Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə mükafatını ehsan buyursun. Əgər üz döndərsəniz, bilin ki, mən böyük günün sizə üz verəcək əzabından qorxuram. (Hud surəsi, 3)

Allah bu ayədə Ondan içi titrəyərək qorxan, səhvlərindən və günahlarından ötrü bağışlanma diləyib, tövbə edən saleh möminləri, DÜNYA HƏYATInda ən gözəl şəkildə nemətləndirəcəyini və onlara lütfkarlıq edəcəyini bildirmişdir. Ayədə həmçinin bağışlanma istəməyin nemət verilməsinə səbəb olacağına işarə edilmişdir.

Mömin, özünü yaradan Allah’ın böyüklüyünün şüurunda olduğunu, Onun əmr və qadağalarına riayət etdiyinin, səhvlərindən ötrü bağışlanma istədiyinin, Allahın razılığını qazanmaq üçün yaşadığı və Cənnəti ümid etdiyi üçün daim Allah’ın köməyi və lütfkarlığı ilə qarşılıq görür. Allah qullarının bütün xeyirli əməllərinə ən gözəl şəkildə cavab verir. Çünki Allah Özü üçün edilən heç bir lütfkarlığı qarşılıqsız buraxmır.

Allah’dan bağışlanma diləmək, tövbə etmək saleh mömin xüsusiyyətidir. Bu davranışlar möminin Allah qarşısında nə qədər aciz və zəif olduğunun fərqində olduğunun da bir ifadəsidir. Çünki iman edənlər səhvləri və əskiklikləri olduğunu və DÜNYA HƏYATI boyunca da səhv edə biləcəklərini bilir və bundan ötrü Allah’ın rəhmətini istəyirlər. Mömin, imanı artdıqca öz səhvlərini daha yaxşı fərq etməyə başlayır. İçində olduğu vəziyyəti daha dəqiq qavradığı, Allah qorxusu çox daha artdığı üçün, bir tərəfdən səhvlərini düzəltməyə, təkrarlamamağa çalışarkən bir tərəfdən də səhvləri üçün davamlı olaraq bağışlanma istəyir. Şüurlu möminin göstərməsi vacib olan davranış da elə budur.

Ayənin sonunda isə Allah’a iman etməyən insanların axirətdə böyük əzabla qarşılaşacaqları xəbər verilmişdir.