aye
aye

Allahı layiqincə qiymətləndirmədilər. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Həcc surəsi, 74)

Allah sonsuz qüdrətini və elmini var olan hər varlıqda göstərir. İnsan bədəninin mükəmməlliyində, çiçəklərin görünüşlərində, rəng və qoxularındakı gözəllikdə, səmanın və kainatın ehtişamında, planetlərin nizamında, dənizlərin dərinliklərindəki balıqlarda və ağlınıza gələcək hər şeydə açıqca görülən nizam və mükəmməllik, Allah’ın varlığının və sonsuz gücünün çox açıq dəlillərindəndir. İnanmayanların bir qismi Allah’ın varlığını və qüdrətinin sonsuzluğunu fərq etmələrinə baxmayaraq, qürurlarından inkar edirlər. Allah’ın böyüklüyünü lazım olduğu kimi tanıyıb təqdir etmirlər. Ağıl sahibi olmadıqları üçün Allah’ın varlığının və böyüklüyünün bütün varlıqlarda görülən açıq dəlillərini görəbilmirlər.

Bu dəlilləri ancaq ətraflarındakı varlıqlarda görən, mühakimə qabiliyyəti açıq, ağılı və vicdanı olan insanlar dərk edirlər. Bunlar da iman edənlərdir. Möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri dərin düşünə bilmələridir. Səmimi olan, ağılla və səthi düşünməyən möminlər Allah’ın YARADILIŞ sənətini və gücünü görür, Onun böyüklüyünü və qüdrətini təqdir edirlər. Bunu qavrayan insan, baxdığı hər şeydə Allah’ın varlığının dəlillərini görür, Onun qüdrətinin izlərini seyredir.İnsanların çoxu bu gerçəkləri heç düşünmədən, tamamilə boş ağılla yaşayarkən, mömin davamlı olaraq Allah’ı təfəkkür edir. Bir ayədə nümunə olaraq müsəlman rəftarı belə izah edilir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali-imran surəsi, 191)