

Sən təmkinlə səbir et! (Məaric surəsi, 5)
Allah “Məaric” surəsinin bu ayəsində möminlərə təmkinlə səbir etməyi buyurur. Təmkinli səbrin ən əsas xüsusiyyətlərindən biri insanın qəlbi rahat şəkildə səbir etməsidir. Səbir edərkən Allah`ın ona göstərdiyi bütün hadisələrin ən gözəl, ən xeyirli, ən hikmətli şəkildə yaradıldığına tam əmin olmasıdır. Qəlbin rahat olması insanın üz ifadəsindən, rahat halından, danışığından hiss olunur. Üzündə səbrin səbəb olduğu rahatlıq, danışığında isə kamillik və təvəkkül olur.
Təmkinlə səbir edən insan Allah üçün səbir etdiyini dərk etdiyinə görə zövq alaraq səbir edir. İnsan nemət bolluğu ilə qarşılaşdıqda Allah`a həmd edərək ən gözəl tərzdə şükür etməyə çalışır, həmin nemətdən layiqincə istifadə edib Allah`a qəlbən və sözlə şükür edir. Eyni şəkildə, səbir etməli hallarda da bunun Allah`dan bir nemət, lütf olduğunu dərk edərək davranmalıdır. Səbir etdiyi hadisələri Allah`ın bir çox hikmətlə, xeyirlərə zəmin hazırlamaq üçün yaratdığını bilərək, hamısının Allah`ın lütfü olduğunu düşünərək hərəkət etməli, səbir edərkən zövq almalıdır.
Təmkinlə səbir etməyin hikmətlərindən biri də bu əxlaqın insanı Allah`a daha çox yaxınlaşdırması, səmimi müsəlmanın Allah`a sevgisinin daha da artırmasıdır. Allah rizası üçün bir çətinliyə, sıxıntıya, xəstəliyə səbir edən insan səbir etdiyi hər saniyənin, hər anın Allah qatında çox dəyərli olduğunu bilir. Əgər bir insan Allah rizası üçün fəaliyyət göstərərkən eyni anda bir şeyə səbir edirsə, bu əxlaqı etdiyi işi daha da dəyərli edə bilər. Odur ki, müsəlmanlar ölənə qədər, başlarına gələn böyük-kiçik hər hadisədə daima Allah`ın Quranda bildirdiyi kimi, təmkinlə səbir edərək, gözəl əxlaqla davranaraq səbirlərinin əvəzində Allah`ın rizasını qazanmağı ümid edirlər.