

(Bu Quran) sənə nazil etdiyimiz mübarək bir Kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və təmiz ağıl sahibləri də ibrət alsınlar! (Sad surəsi, 29)
Allah insanlar üçün yolgöstərici kitab olan Qurani-Kərimi Peyğəmbərimizə (s.ə.v) vəhy etmiş və bütün bəşəriyyəti ona tabe olaraq xilas olmağa dəvət etmişdir. Dünyada yaşayan hər insan Quranı öyrənmək və Quranda bildirilən əmrləri yerinə yetirməklə məsuldur.
Allah “Sad” surəsindəki bu ayədə Quranın hər ayəsi üzərində dərin düşünməyi xəbər verir. Düşünən insan özünü və kainatı yoxdan yaradan, heç nə olduğu halda, ona can verən, saysız-hesabsız nemət və gözəllik bəxş edən Yaradanımızı tanımaq və Onun hansı davranışlardan razı qaldığını öyrənmək istəyər. Buna görə, Allah'ın insanlara rəhbər kimi nazil etdiyi, doğru ilə yanlışı bir-birindən ayırd etdiyi Kitabı çox yaxşı bilmək, hər ayəsinin üzərində düşünərək Allah'ın əmrlərini ən doğru şəkildə yerinə yetirmək lazımdır. Allah'ın razılığını, rəhmətini və Cənnətini qazanmağın yolu da Quranın hər ayəsi üzərində düşünmək və hər ayədən öyüd alaraq QURAN ƏXLAQIna uyğun yaşamaqdır.
Uca Allah ayədə Qurandan öyüd alanların təmiz ağıl sahibləri olduğunu bildirir. Təmiz ağıl sahibi olmaq dərin biliyə malik olmağı, dərin düşünməyi, təfərrüatları dərk etməyi, hikmətli danışmağı, doğru ilə yanlışı bir-birindən ayırd etməyi və xeyirləri görməyi ifadə edir. Vicdanının səsini dinləyərək Allah'a üz tutan hər insan qısa müddətdə təmiz ağıla sahib ola bilər. Bunun üçün Allah'a səmimi iman gətirmək, Ondan lazım olduğu kimi qorxmaq və Rəbbimizin istədiyi kimi yaşamaqdır. Bu səmimi iman insana ağıl qazandırır. Təmiz ağıl sahibləri hər cür boş fikirdən, heç kimə faydası olmayan lazımsız şübhələrdən və mənasız fikirlərdən uzaqdırlar.
Quranın rəhbərliyi altında dərin düşünməyin qazandırdığı iman və bu imanın artması ilə inkişaf edən ağıl möminlərin Allah'ı daha yaxşı və yaxından tanımalarına, hər an hər yerdə Onun təcəllilərini görmələrinə və Allah'ın qüdrətini haqqı ilə təqdir etmələrinə səbəb olur. Yalnız Allah'ın rizasını qazanmaq üçün istifadə edilən bu ağıl, Allah'ın iznilə, həm dünyada, həm də axirətdə rahat həyat imkanı verir.