aye
aye

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali-İmran surəsi, 191)

Ayədə möminlərin həyatlarının hər anında Allah’ı zikr etdikləri xəbər verilmişdir. Möminlər həyatlarının hər anında Allah’ın razılığını güdür və daima Allah’ı düşünürlər. Allah onları hər an eşidir, görür, ürəklərindən keçənləri bilir. Buna görə də möminlər həmişə Onu məmnun etməyə çalışırlar. Hər an onlarla Allah arasında əlaqə var. Möminlər üçün Allah’ı zikr etmək "ən böyük ibadət"dir. (Ənkəbut surəsi, 45) Möminlər həyatları boyunca bu düşüncə ilə hərəkət edirlər. Allah’ı düşünərək və bu düşüncələrini dilə gətirərək Onu zikr edirlər. Allah’ın onlara verdiyi nemətləri tək-tək düşünür və nə qədər böyük bir rəhmət içində olduqlarını bilirlər. Bu da Allah’a olan sevgilərini artırır.

Ayənin davamında möminlərin baxdıqları hər yerdə Allah’ın bənzərsiz YARADILIŞını gördükləri vurğulanmışdır. Allah kainatdakı canlı-cansız bütün varlıqları Onun üstün yaratma gücünü, sənətini, elmini dərindən təfəkkür etməyimiz üçün yaratmışdır. Bunların heç biri boş yerə yaradılmamışdır. Kainatın hər yeri Allah’ın yaratdığı möcüzələrlə doludur. Möminlər bitkilərdə, heyvanlarda, dənizlərdə, səmada, kosmosda, torpaqda və ətraflarındakı hər detalda Allahın təcəllilərini görürlər. Allahın bütün bunları çox üstün bir YARADILIŞla yaratdığını düşünürlər. Ayədə də bildirildiyi kimi, iman edənlər bu həqiqətin fərqindədirlər, bütün bunlar üzərində düşünüb Allah’ın üstün yaratma sənətini və ucalığını dayanmadan zikr edirlər.

İman edənlər bununla bərabər axirəti də düşünüb, xatırlayırlar. Ayənin sonunda qeyd edildiyi kimi möminlər Allah’a, onları Cəhənnəm əzabından qoruması üçün dua edir, axirətlə bağlı daima qorxu ilə ümid arasında olur və dua edərək Allah’ın rəhmətini istəyirlər. Allah’ın böyüklüyünü və Allah’a nə dərəcə möhtac olduqlarını dərk edirlər. Ölümün yaxınlığını da heç unutmurlar. Ölümün yaxınlığı onlarda Allah’a qarşı məsuliyyəti artırır və bu mövzuda daha da diqqətli olmalarını təmin edir. Bu görə də möminlər ölümü və axirəti düşündüklərində də Allah’ı zikr edirlər.