aye
aye

Sən onları bir müddət öz şaşqınlıqları içində burax! Məgər elə zənn edirlər ki, onlara verdiyimiz var-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Muminun surəsi, 54-56)

Din əxlaqından uzaq yaşayan bəzi insanlar DÜNYA HƏYATInı nemətlər içində keçirə bilər, dünyada arzuladığı hər şeyə - zənginliyə, gözəlliyə, şan-şöhrətə, bir sözlə hər cür imkana sahib ola bilər. Ancaq Rəbbimizin Quranda bildirdiyi kimi, bunların heç biri onlara xeyir qazandırmaz, onlar üçün sözün əsl mənasında nemətə çevrilməz. Allah bütün bunları onların dünyada və axirətdə dadacaqları əzabın şiddətini daha da artması üçün vermişdir. Allah onlara nemət versə də, bu nemətlərdən zövq alacaq ruhu yaşamalarına icazə verməmişdir. Bu səbəbdən bu insanlar DÜNYA HƏYATInın bütün gözəlliklərini əldə etsələr də, "nemət içində məhrumiyyət" yaşayırlar. Bir insanın istədiyi hər şeyə sahib olması, ancaq bunlardan həqiqi mənada zövq ala bilməməsi böyük əzabdır. Halbuki, din əxlaqına sahib olsalar, bu nemətlərdən çox dərin  zövq alarlar.

Bu həqiqiət möminlərin həyatında daha çox diqqəti cəlb edir. Möminlər heç vaxt ruhdan düşmürlər. Əksinə, gün keçdikcə ruhlarındakı dərinliyin artması ilə nemətlərin qiymətini daha da yaxşı dərk edirlər. Hər keçən gün daha çox zövq almağa başlayır, bunların hər birini Allah’ın rəhmətinin, sevgisinin və lütfünün təcəlliləri olaraq görürlər.