

De: "Pənah aparıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən; Zülmətə bürünməkdə olan gecənin şərindən; düyünlərə üfürən qadınların şərindən;… (Fələq surəsi, 1-4)
Nə sehrin, nə də "düyünlərə üfürən qadınların" heç bir gücü və təsiri yoxdur. Kainatdakı tək güc və hökm sahibi, aləmlərin Rəbbi olan Allah’dır. Mömin yalnız Allah’a güvənir, yalnız Ondan mədət umur, hər cür ehtiyacını, çətinliyini Allah’a deyir, Allah’ı dost və vəkil edir.
Bu ayələrdə axırzamana işarələr də ola bilər. Allah sehrdən bəhs edərək, axırzamanda sehrin çoxalacağına, fala baxıb gələcəyi oxumanın yayılacağına işarə etmişdir. Axırzamanda Allah’ın haram etdiyi bu fitnələr gəlir mənbəyinə çevriləcək, cadugər və falçılar insanları istismar edəcəklər. Axırzamanın bu böyük fitnəsi Peyğəmbərimizin hədislərində də xəbər verilmişdir. Bunlardan biri belədir:
Axırzamanda ümmətim haqqında ən çox hiss etdiyim narahatlıq, ulduzlara (inanmaq), qədəri yalanlamaq… (Ramıq əl-Ehadis, 1/1540)